Azərbaycanda ötən il nə qədər neft emal edilib?

Azərbaycanda ötən il nə qədər neft emal edilib?

Hazırda oxunan: Azərbaycanda ötən il nə qədər neft emal edilib?

230092

Ötən il Azərbaycanda 5,8 milyon ton neft emal edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü il üzrə açıqladığı operativ məlumatlarında deyilir.
 

2023-cü ilin göstəriciləri ilə müqayisədə Azərbaycanda neft emalı həcmləri 0,7 milyon ton və ya 10,8 % azalıb.


Xatırladaq ki, 2023-cü ildə ölkədə neftin emalı 6,5 milyon ton təşkil edib.

Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur.

NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO