Azərbaycanda xüsusilə gənclər arasında işsizliyin miqyasının ildən-ilə artır.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin yaz sessiyasının son iclasında çıxış edən deputat Elşad Mirbəşiroğlu məsələ qaldırıb:
“Dünyada işsizlərin sayı 300 milyondan artıqdır, bunun təxminən 20 faizə qədəri sahibkarlıq yaratmaq imkanlarına malik şəxslərdir.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisin sonuncu plenar iclası başladı - YENİLƏNİB
Azərbaycanda gənc sahibkarlığın inkiaşfı istiqamətində müxtəlif layihələr, proqramlar tətbiq edilir. Amma bu istiqamətdə intensivliyin artırılması arzu ediləndir. Ölkəmizdə gənc sahibkarlığın inkişafı məsələsinə diqqət ayrılmalıdır. Ağdamda sənaye parkının yaradılması haqda qərar verildi. Hesab edirəm ki, işğaldan azad edilən ərazilərdə gənc sahibkarlığın inkişaf prioritet kimi götürülməlidir".
Deputat Əli Məsimli isə subsidiyaların verilməsində gecikmələrdən danışıb. “İnsanların subsidiyalarını təcili vermək lazımdır!”- deyə millət vəkili dövlət qurumlarını çağırış edib.
Bizim.Media