Son zamanlar sosial şəbəkələrdə İcbari Sığorta ilə bağlı şikayətlər artıb. Bəzi avtomobil sahibləri iddia edir ki, kiçik həcmli mühərrikə malik avtomobilləri bəzi sığorta şirkətləri sığorta etməkdə maraqlı deyillər.
Bəs sığorta şirkətlərinin bu addımı qanunidirmi?
Məsələ ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasına sorğu göndərdik. Qurumdan Bizim.Media-ya bildirilib ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə proseslər 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir:
“Həmçinin onu da vurğulamalıyıq ki, sığorta sektoru üzrə nəzarətedici və tənzimləyici orqan olan Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə artıq 2023-cü ildən etibarən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növünün satışına dair lisenziyaya malik olan hər bir qeyri-həyat sığorta şirkəti tərəfindən istehlakçıların adıçəkilən növə əlçatanlığının artırılması məqsədilə onlayn xidmət tam təmin olunub.
Nəticə etibarilə bu gün hər bir avtonəqliyyat vasitəsi sahibi “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növünün satışına dair lisenziyaya malik olan hər bir qeyri-həyat sığorta şirkətinin veb-saytına daxil olmaqla vaxt itirmədən və tam operativ şəkildə öz məsuliyyətini sığortalaya bilir. Qeyd edək onlayn sığortalanma zamanı hər hansı texniki maneə ilə rastlaşan avtonəqliyyat vasitəsi sahibi İcbari Sığorta Bürosu ilə və ya sığortalanmaq istədiyi müvafiq sığorta şirkəti ilə əlaqə saxlaya bilər”.
Belə hallarla qarşılaşan sürücülər nə etməlidir?
ASA-dan o da bildirilib ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə onlayn yox, fiziki şəkildə sığortalanmaq istəyən və müxtəlif səbəblərə görə, sığorta şirkəti tərəfindən imtina alan avtonəqliyyat vasitəsi sahibləri isə bu barədə sektora nəzarətedici orqan olan Azərbaycan Respublikasının Mərkəzi Bankının 966 - Qaynar Xətti ilə əlaqə saxlayıb məlumat verə bilər:
“Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq bildirmək istəyirik ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sığortaçı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, habelə digər icbari sığortalar üzrə müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:30 / 13.01.2025
Sığorta bazarındakı hərc-mərclik iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Sığorta bazarındakı hərc-mərclik iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Sığorta bazarındakı hərc-mərclik iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
229805
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.