Rusiya 2024-cü ilin yanvar-dekabr dövründə İspaniyaya ikinci ən böyük mayeləşdirilmiş təbii qaz (MTQ) tədarükçüsüdür.
Bizim.Media Sputnik-ə istinadən xəbər verir ki, bu barədə informasiyanı "Enagas” enerji şirkəti yayıb.
Mənbə qeyd edir ki, İspaniya Rusiyadan 72,360 GV/saat ekvivalentində MTQ alıb ki, bu da ümumi idxalın 21,3%-ni təşkil edir.
Beləliklə, Rusiya birinci yerdə gələn Əlcəzairdən sonra ikinci, ABŞ isə üçüncü yerdə qərarlaşıb. 2024-cü ilin dekabr ayında İspaniya Rusiyadan qaz alışını əhəmiyyətli dərəcədə artıraraq 5485 GVt/saat alıb ki, bu da həmin ay ümumi tədarükün 20,8%-ni təşkil edib.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyyarto bildirmişdi ki, Ukrayna yanvarın 1-dən etibarən Rusiya qazının tranzitindən imtina edərək Aİ iqtisadiyyatını növbəti dəfə çətin vəziyyətə salıb.
Bizim.Media