Binaların informasiya modelləşdirməsi standartları qəbul edilib

Binaların informasiya modelləşdirməsi standartları qəbul edilib

Hazırda oxunan: Binaların informasiya modelləşdirməsi standartları qəbul edilib

229153

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) binaların informasiya modelləşdirməsi (BİM) ilə bağlı 3 dövlət standartı qəbul edib.

AZSTAND-dan Bizim.Media-ya bildirilib ki, dövlət standartları bunlardır:

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTANDART) tərəfindən AZS ISO 19650-1:2024 “Binaların informasiya modelləşdirməsi (BİM) daxil olmaqla binalar və mülki mühəndislik işləri haqqında informasiyanın təşkili və rəqəmsallaşdırılması — Binaların informasiya modelləşdirməsindən istifadə etməklə informasiyanın idarə edilməsi — Hissə 1: Konsepsiya və prinsiplər”, AZS ISO 19650-2:2024 “Binaların informasiya modelləşdirməsi (BİM) daxil olmaqla binalar və mülki mühəndislik işləri haqqında informasiyanın təşkili və rəqəmsallaşdırılması - Binaların informasiya modelləşdirməsindən istifadə etməklə informasiyanın idarə edilməsi - Hissə 2: Aktivlərin icra mərhələsi”, AZS ISO 19650-3:2024 “Binaların informasiya modelləşdirməsi (BİM) daxil olmaqla binalar və mülki mühəndislik işləri haqqında informasiyanın təşkili və rəqəmsallaşdırılması - Binaların informasiya modelləşdirməsindən istifadə etməklə informasiyanın idarə edilməsi - Hissə 3: Aktivlərin istismar mərhələsi”.
 

Sözügedən dövlət standartlarının qəbulunda məqsəd tikinti layihələrində vaxt və maliyyə itkilərinin azaldılması, resursların daha düzgün planlaşdırılması və səmərəliliyin artırılması, inşaat və istismar mərhələlərində məlumatların vahid platformada dəqiq və şəffaf şəkildə inteqrasiyalı idarə edilməsindən ibarətdir.


Qeyd edək ki, dövlət standartlarının layihələri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, o cümlədən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılıb, “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) iclasında müzakirə olunub, İnstitut tərəfindən təsdiq edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fondu və Reyestrinə daxil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO