ABŞ şirkəti Azərbaycan istehlakçılarının seçimlərini açıqladı

ABŞ şirkəti Azərbaycan istehlakçılarının seçimlərini açıqladı

Hazırda oxunan: ABŞ şirkəti Azərbaycan istehlakçılarının seçimlərini açıqladı

228616

Recepta, ABŞ mərkəzli elektron çek və araşdırma şirkətinin ölkəmizdə fəaliyyət göstərən Sandıq tətbiqi Azərbaycanda alış-veriş təcrübəsini daha da yaxşılaşdırmaq üçün sorğu keçirib.

Bizim.Media xəbər verir ki, tətbiq dekabr ayında tətbiqə yüklənən 100,000-dən çox çek əsasında təhlil etmiş və 3,000 müştəri arasında keçirdiyi geniş sorğu nəticələrinə əsasən ölkədə müxtəlif sektorlarda seçilmiş liderləri elan edir.

Sorğu dörd əsas sektoru əhatə edib: supermarket şəbəkələri, kofe məkanları, texnologiya və elektronika mağazaları və apteklər.

“Ən yaxşı supermarketlər şəbəkəsi” nominasiyası üzrə:

Ən münasib qiymətlər sertifikatı - Araz market

Ən yaxşı müştəri xidməti sertifikatı - Bravo

Ən yüksək keyfiyyətli məhsullar sertifikatı - Bazarstore

Ən geniş məhsul çeşidi sertifikatı - Bravo

“Ən yaxşı kofe məkanları” nominasiyası üzrə:

Ən münasib qiymətlər sertifikatı - Coffeemania

Ən yaxşı müştəri xidməti sertifikatı - Cup-cup

Ən yüksək keyfiyyətli məhsullar sertifikatı - Starbucks

Ən xoş mühit sertifikatı - Gloria Jeans Coffee

“Ən yaxşı texnologiya və elektronika mağazası” nominasiyası üzrə:

Ən münasib qiymətlər sertifikatı - Kontakt home

Ən yaxşı müştəri xidməti sertifikatı - Baku Electronics

Ən yüksək keyfiyyətli məhsullar sertifikatı - Music Gallery

Ən geniş məhsul çeşidi sertifikatı - Kontakt Home

“Ən yaxşı aptek şəbəkələri” nominasiyası üzrə:

Ən münasib qiymətlər sertifikatı - Zeytun

Ən yaxşı müştəri xidməti sertifikatı - Aloe

Ən etibarlı məhsullar sertifikatı - Zəfəran

Bu mükafatlar müştəri rəylərini əks etdirir və fərqli sektorlarda keyfiyyət, əlçatanlıq və mükəmməl xidmət göstəricilərini vurğulayır.

Recepta haqqında:

Recepta çeklərin rəqəmsallaşdırılması və məlumat əsaslı həllər təqdim edən ABŞ şirkətidir.

Şirkətin Azərbaycan bazarına xüsusi olaraq uyğunlaşdırılmış Sandıq tətbiqi, istehlakçıların qəbzlərini yükləməsinə, mükafatlar qazanmasına və alış-veriş seçimləri haqqında dəyərli məlumatlar əldə etməsinə imkan verir.

Recepta sahibkarların ehtiyac və istəkləri əsasında müxtəlif sorğular, qiymət müqayisəsi və s. kimi bazar araşdırmalarını təqdim edir və düzgün strateji qərar, marketinq kampaniyalarının təşkili, lotereya və loyallıq həllərini təqdim edir.

Qeyd: Sözügedən şirkətlər aşağıda qeyd olunan əlaqə nömrəsi ilə əlaqə saxlayaraq sertifikatlarını əldə edə bilər (055) 484 33 33

Ətraflı məlumat üçün: //www.sandiq.app

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO