Əhalinin NƏZƏRİNƏ: Yeni qaz tariflərinin tətbiqinə START VERİLDİ

Əhalinin NƏZƏRİNƏ: Yeni qaz tariflərinin tətbiqinə START VERİLDİ

Hazırda oxunan: Əhalinin NƏZƏRİNƏ: Yeni qaz tariflərinin tətbiqinə START VERİLDİ

228299

"Azəriqaz" İstehsalat Birliyinin abonent uçotu sistemlərində (öncədən ödənişli və mexaniki sayğaclar) artıq yeni tariflərin tətbiqinə start verilib.

“Azəriqaz”dan Bizim.Media-ya verilən məlumata görə, proqram təminatında dəyişikliklər tam tətbiq olunanadək öncədən ödənişli sayğaclar üzrə 2 yanvar tarixindən alınan qazın dəyəri yeni tariflərlə hesablanaraq növbəti ödənişlərdə nəzərə alınacaq. 

Mexaniki sayğaclar üzrə göstəricilər 2025-ci ilin ilk oxunuşunda yeni tariflərə uyğun olaraq hesablanacaq. Məlumata görə, istehlakçılar tərəfindən yeni tariflə hesablamalar barədə yaranacaq sual və ya şikayətlərə Birliyin Tarif Komissiyasında müvafiq qaydada baxılacaq.

Xatırladaq ki, Ölkəmizin təbii qaz təsərrüfatında rentabelliliyin təmin edilməsi və bu sahəyə investisiyaların artırılması məqsədilə Tarif (qiymət) Şurası tərəfindən yeni tariflər müəyyənləşdirilib. 

Dəyişikliklərə əsasən əhali üzrə illik istehlak həcmi:

1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 12 qəpikdən 0,5 qəpik (4,2%) artırılaraq 12,5 qəpik;

1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 20 qəpikdən 2 qəpik (10%) artırılaraq 22 qəpik;

2500 kub metrdən çox olan hissə üçün 25 qəpikdən 5 qəpik artırılaraq (20%) 30 qəpik məbləğində təsdiqlənib.

Həmçinin 1 kub metr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7%) artırılıb.
 

Qeyri-əhali sektorunda təbii qaz tariflərində də dəyişikliklər edilib. Belə ki, sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələri üzrə 1 kub metr təbii qazın tarifi 16,5 qəpikdən 2 qəpik artırılaraq 18,5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kub metr təbii qazın tarifi 2 qəpik (9%) artırılaraq 22 qəpikdən 24 qəpik həddində, digər sahələrdə (ticarət, iaşə və s.) isə 25 qəpikdən 3,5 qəpik (14%) artırılaraq 28,5 qəpik məbləğində müəyyənləşdirilib.


Qərar 2 yanvar 2025-ci il tarixindən qüvvəyə minib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO