Bu şəxslərin ödədiyi ƏDV geri qaytarılacaq

Bu şəxslərin ödədiyi ƏDV geri qaytarılacaq

Hazırda oxunan: Bu şəxslərin ödədiyi ƏDV geri qaytarılacaq

228086

Bu ildən əcnəbilərə və vətəndaşlığı olmayanlara göstərilən tibbi xidmətlərə görə tax-free rejimində ƏDV geri qaytarılacaq.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.

Yanvarın 1-dən qüvvəyə minən qanuna əsasən, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin geri qaytarılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Qeyd edilib ki, bir sıra xarici ölkələrdə tibb xidmətləri üzrə ölkə daxilində ƏDV-dən azad olma, əcnəbi şəxslərə münasibətdə isə ƏDV-dən azad olma, sıfır dərəcə və ya differensial dərəcə, habelə ƏDV-nin geri qaytarılması (cashback) mexanizmi tətbiq edilir.

Ölkə daxili və xarici ölkələrin təcrübələrinin araşdırılması nəticəsində tibb turizminin inkişafı və ölkəyə valyuta calb olunmasının stimullaşdırılması məqsədilə əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibb xidmətlərinə görə yalnız nağdsız qaydada aparılan ödənişlər üzrə ƏDV tax-free rejimin tətbiqi təklif edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO