Bu gündən Azərbaycandan dəmir yolu ilə daşınan tranzit yüklər yol vergisindən azad edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsində edilmiş dəyişiklik qüvvəyə minib.
Dəyişikliyə əsasən, xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycandakı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda 2 il müddətinə yol vergisindən azad edilir.
Bundan başqa, dəmir yolu ilə nəql edilən yüklər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmir yolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda yol vergisindən azad edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:35 / 01.01.2025
Azərbaycandan dəmir yolu ilə daşınan tranzit yüklər yol vergisindən AZAD EDİLDİ
Hazırda oxunan: Azərbaycandan dəmir yolu ilə daşınan tranzit yüklər yol vergisindən AZAD EDİLDİ
Hazırda oxunan: Azərbaycandan dəmir yolu ilə daşınan tranzit yüklər yol vergisindən AZAD EDİLDİ
228057
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.