Bakı Beynəlxalq Dəniz Ticarət Limanına 20 milyon manat ayrıldı - SƏRƏNCAM

Bakı Beynəlxalq Dəniz Ticarət Limanına 20 milyon manat ayrıldı - SƏRƏNCAM

Hazırda oxunan: Bakı Beynəlxalq Dəniz Ticarət Limanına 20 milyon manat ayrıldı - SƏRƏNCAM

226789

Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, Sərəncama əsasən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 10 milyon ton artırılaraq 25 milyon tona çatdırılması məqsədilə limanın genişləndirilməsi üçün 2-ci fazasının tikintisi üzrə xüsusi layihə idarəetmə ofisinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan nizamnamə kapitalının artırılması üçün 20 milyon manat vəsait “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO