Bu günlərdə Qazaxıstan prezidenti maraqlı təkliflə çıxış edib. Nursultan Nazarbayev Xəzər dənizi ilə Qara dəniz arasında kanal çəkilməsinin vacibliyini vurğulayıb və bunun iqtisadixa0xa0 baxımdan mühüm önəm kəsb edəcəyini qeyd edib.xa0
Belə bir layihənin reallaşması Xəzəryanı ölkə kimi Azərbaycan üçün də faydalı hesab edilə bilərmi? Bunu ölkəmizin dünya okeanını çıxışını təmin edən bir layihə kimi dəyərləndirmək mümkündürmü?
Moderator.az-a açıqlama verən iqtisadçı ekspert Samir Əliyev məlum təklifin fayda və zərərinin öyrənilməsi gərəkdiyini vurğuladı:
“Səhv etmirəmsə, belə bir fikir təxminən 20 il bundan öncə də səslənmişdi. Nəzəri baxımdan bu, əlverişlidir. Lakin məsələnin araşdırılması gərəkən tərəflri də az deyil. Fizikada “biləşmiş qablar qanunu” var. Bu qanunun mahiyyəti ondan ibarətdir ki, bir-birinə bitişik olan iki qabdan birinə su tökəndə, onlarda suyun səviyyəsi bərabərləşir. Əgər Xəzər dənizi Qara dənizdən alçaqdırsa, o zaman Qara dənizdəki su Xəzərlə bərabərlik səviyyəsi əldə edənə qədər Xəzərə tökləcək və ya əksinə. Şimali və Cənubi Amerika arasında Panama kanalı var və bu, iqtisadi baxımdan səmərəli bir kanaldır.
Bu layihənin reallaşması milyardlarla vəsait tələb edir. Bu, neft və ya qaz kəməri çəkmək deyil. Azərbaycanın dəniz vəxa0 okeana çıxışı yoxdur. Xəzər göldür. İran və Rusiyanın isə belə bir çıxışı var. Odur ki, bu kanal yaranacağı təqdirdə nə qədər mal dövriyyəsi reallaşacağı, habelə Qazaxıstanla yanaşı Türkmənistanın da bu layihədə yer alıb-almatacağı nəzərə alınmalıdır. Yəni ideya maraqlı ideya olsa da, onun xərc və faydası hesablanmalıdır. Yalnız bundan sonra bu məsələ ilə bağlı qəti qərar vermək olar”.
xa0
Seymur Əliyev



































































































