Azərbaycanda neçə mağaza var?

Azərbaycanda neçə mağaza var?

Hazırda oxunan: Azərbaycanda neçə mağaza var?

225533

Azərbaycanda mağazaların sayı 100 min ədədi ötüb.

 

Sfera.az rəsmi məlumatlara əsasən xəbər verir ki, 2023-cü ilin əvvəlinə aid olan məlumata əsasən ölkəmizdə 100 618 ədəd mağaza fəaliyyət göstərib.

 

Bir il əvvəl mağazaların sayı 90 109 ədəd idi. Ötən müddətdə mağazaların sayında 10 509 ədəd, yəni 11,66 faiz artım baş verib.

 

Son 5 ilin məlumatları göstərir ki, Azərbaycanda mağazaların sayında davamlı artım var. 2018-ci ildə 72 243 ədəd mağaza olub. Müqayisə göstərir ki, son 5 ildə mağaza sayında 30 minə yaxın artım baş verib.

 

Bir mağazanın orta sahəsi isə təxminən 64 kvadrat metrdir. 2018-ci ildə bu göstərici 63 kvadrat metr təşkil edirdi.

 

Vasif

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO