Xəbər verdiyimiz kimi növbəti ildən minimum əmək haqqı və pensiyalarda müvafiq qaydada artımlar olacaq. Buna uyğun olaraq dövlət sektorunda çalışanların da əmək haqqının artacağı gözlənilir.
Bəs, bu proses özəl sektorda çalışanların əmək haqqına necə təsir edəcək?
Suala Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, minimum əmək haqqının artması mülkiyyət növündən asılı olmayaraq dövlət və özəl sektorda aşağı səviyyədə əmək haqqı alan vətəndaşlarımızın maaşlarını artmasına səbəb olacaq:
“Minimum əmək haqqının artması dövlət sektorunda vahid taarif cədvəlinə uyğun olaraq əmək haqqı alan vətəndaşlarımızın da maaşlarının artmasına gətirib çıxaracaq. Eyni zamanda, özəl sektorda minimum əmək haqqı səviyyəsində maaş alan vətəndaşların da sosial durumuna təsir edəcək. Onlar daha əvvəlki qədər az əmək haqqı almayacaq, müəyyən qədər maaş artımı görəcəklər. Çünki minimum əmək haqqı sektorundan asılı olmayaraq, bütün sahələrdə qanunvericiliklə müəyyən edilmiş minimumdan yüksək olmalıdır. Bu səbəbdən də özəl sektorda minimum əmək haqqı alan vətəndaşların maaşlarında müvafiq artımlar olacaq.
Daha yüksək əmək haqqı alan vətəndaşların maaşı isə daha çox sahibkarların qərarlarından asılıdır. Lakin hər zaman sahibkarlara tövsiyə olunur ki, minimum əmək haqqı artırılan zaman təkcə minimum maaş alanların yox, həm də orta səviyyədə əmək haqqı alanların da maaşları artırılsın. Ona görə də ümid edirik ki, minimum əmək haqqının artırılması özəl sektorda çalışan hər kəsin maaşına bu və digər şəkildə təsir edəcək”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:20 / 11.12.2024
Özəl sektorda çalışanlara ŞAD XƏBƏR – Maaşlar ARTACAQ
Hazırda oxunan: Özəl sektorda çalışanlara ŞAD XƏBƏR – Maaşlar ARTACAQ
Hazırda oxunan: Özəl sektorda çalışanlara ŞAD XƏBƏR – Maaşlar ARTACAQ
224755
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.