2021-ci ilin yanvar - aprel ayında Azərbaycandan ən çox ixrac olunan qeyri-neft məhsulları arasında meyvə-tərəvəz birinci yeri tutub.
Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, həmin müddət ərzində ölkə xaricinə 119, 9 min ton meyvə-tərəvəz çıxarılıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan bankları nağd valyuta alqı-satqısını azaldıb
İxracın maddi dəyəri isə 131.5 milyon dollar olub.
Rusiyanın Azərbaycandan pomidor ixracına qoyduğu qadağanın hələ tam olaraq aradan qaldırılmamasına baxmayaraq, meyvə-tərəvəz məhsulları arasında pomidor liderliyini qoruyub saxlayır. 4 ayda 42.2 milyon dollar dəyərində 36.6 min tonluq pomidor xarici ölkələrdə satılıb.
Xatirə, Bizim.Media