Bu ilin yanvar-noyabr aylarında Dövlət Neft Fondu (ARDNF) 6 milyard 494 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
Bizim.Media Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,55 dəfə çoxdur.
Təkcə noyabrda isə ARDNF-in valyuta satışının məbləği 574,6 milyon ABŞ dolları təşkil edib.
Bu isə 1 il əvvələ nisbətən 2,45 dəfə çoxdur.
Bu il ARDNF-dən dövlət büdcəsinə transfert 12 milyard 781 milyon manat təşkil etməlidir.
11 ay ərzində bunun 11 milyard 715,9 milyon manatı təmin olunmalı idi. Hesabat dövründə Fondun valyuta satışından əldə etdiyi vəsait isə bundan təxminən 676,1 milyon manat az - 11 milyard 39,8 milyon manat olub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:12 / 03.12.2024
Dövlət Neft Fondu valyuta satışını 3 dəfəyə yaxın ARTIRIB
Hazırda oxunan: Dövlət Neft Fondu valyuta satışını 3 dəfəyə yaxın ARTIRIB
Hazırda oxunan: Dövlət Neft Fondu valyuta satışını 3 dəfəyə yaxın ARTIRIB
223553
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.