Azərbaycanda quş əti bahalaşdı – VİDEO

Azərbaycanda quş əti bahalaşdı – VİDEO

Hazırda oxunan: Azərbaycanda quş əti bahalaşdı – VİDEO

222744

Paytaxt sakinlərinin sözlərinə görə, əvvəllər 17, 18 manata aldıqları hinduşka əti indi 19-20 manata təklif olunur.

Bizim.Media xəbər verir ki, satıcılar da qiymətlərin qalxdığını deyirlər.

Bölgə bazarlarında da vəziyyət demək olar ki, eynidir. İsmayıllı sakinləri deyirlər ki, ötən illə müqayisədə kəskin qiymət artımı var.

Satıcılar bahalaşmanın alıcı sayına təsir etdiyini bildirirlər.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, qiymətlərin artmasının müxtəlif səbəbləri var. Xüsusən, hinduşka, qaz, ördək kimi quş növlərinin kütləvi şəkildə istehsal olunmaması bahalaşmaya təsir edən əsas amillərdəndir.

İqtisadçı Xalid Kərimli bildirib ki, son 1 ildə ümumilikdə ət və ət məhsulları 4,4 faiz bahalaşıb.

Ətraflı "Xəzər Xəbər"in hazırladığı süjetdə:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO