SOCAR-dan Ukraynaya növbəti YARDIM – İrpendə poliklinikanın təmirinə 1,5 milyon dollar ayrıldı

SOCAR-dan Ukraynaya növbəti YARDIM – İrpendə poliklinikanın təmirinə 1,5 milyon dollar ayrıldı

Hazırda oxunan: SOCAR-dan Ukraynaya növbəti YARDIM – İrpendə poliklinikanın təmirinə 1,5 milyon dollar ayrıldı

222641

Ukraynanın İrpen şəhərində poliklinikanın təmiri üçün “SOCAR Blago” xeyriyyə fondu tərəfindən 1,5 milyon dollar vəsait ayrılıb. Bu vəsait artıq binanın əsaslı təmirinə, fasadların və dam örtüyünün izolyasiyasına, pəncərələrin dəyişdirilməsinə sərf olunub.

Bizim.Media bu barədə “SOCAR Energy Ukraine” şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir.

Poliklinika binasının bərpasının ikinci mərhələsi radiasiya əleyhinə sığınacağın tikintisini, müasir yanğından mühafizə sisteminin və ventilyasiyanın quraşdırılmasını nəzərdə tutur.

Qeyd edək ki, ötən il şirkət döyüşlər zamanı ciddi ziyan dəymiş akademik Zərifə Əliyeva adına 12 saylı İrpen liseyinin bərpasını maliyyələşdirib. Təhsil müəssisəsinin binasının təmirinə 112 milyon qriven xərclənib.

Xatırladaq ki, “SOCAR Energy Ukraine” şəbəkəsi 11 regionda təmsil olunur, burada müştərilər rahat və inklüziv infrastruktura malik 57 yanacaqdoldurma məntəqəsinin xidmətlərindən istifadə edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO