ABŞ yenidən faizləri artıra bilər – Dollarla borclanma bir qədər də bahalaşacaq 

ABŞ yenidən faizləri artıra bilər – Dollarla borclanma bir qədər də bahalaşacaq 

Hazırda oxunan: ABŞ yenidən faizləri artıra bilər – Dollarla borclanma bir qədər də bahalaşacaq 

222591

ABŞ-də mərkəzi bank funksiyasını həyata keçirən Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini yenidən artıra bilər.

 

Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, FED-in sədri Cerom Pauel Portuqaliyanın Sintra şəhərində Avropa Mərkəzi Bankının (AMB) forumunda çıxışı zamanı faizlərin bir qədər də artırılmasının mümkün olduğunu vurğulayıb.

 

Pauel söyləyib ki, FED üzvlərinin əksəriyyəti faizlərin daha 2 dəfə artırılmasını təklif edib. O artımların ardıcıl olmasının təklif olunduğunu da deyib. FED rəhbərlərinin son toplantısında faizlər sabit saxlanılıb.

 

Pauel bu qərarın əvvəlki faiz artımlarının bazarlara təsirini öyrənmək məqsədilə verildiyini bildirib: “FED rəhbərləri yüksək borclanma xərclərinin və son bank böhranının iqtisadiyyata necə təsir etdiyini qiymətləndirmək üçün 15 aylıq faiz artımından sonra ilk dəfə faiz dərəcələrini dəyişməz saxladılar. Lakin əksər FED üzvləri yüksək inflyasiyanı cilovlamaq üçün pul-kredit siyasətinin daha da sərtləşdirilməsinə ehtiyac olduğunu qeyd ediblər”.

 

Hazırda FED-in müəyyənləşdirdiyi uçot dərəcəsi 5-5,25 faiz intervalındadır. Qurum 15 ay ərzində faizləri 0-0,25 həddindən bu səviyyəyə çatdırıblar. Faizlərin bu qədər artırılmasına səbəb ABŞ-də illik inflyasiyanın 8 faizə yüksəlməsidir. FED-in hədəfi inflyasiyanı 1-2 faizə endirməkdir. Mövcud inflyasiya səviyyəsi hədəf göstəricidən bir neçə dəfə yüksəkdir. Buna görə də FED-in rəhbər şəxsləri faizləri bir qədər də artırmağı təklif edir. Onların fikrincə 2023-cü ilin sonuna kimi faizlər 5,6 səviyyəsinə çatdırılmalıdır. Faizlərin artırılması ABŞ-də və dünyada dollarla borclanma (kredit və s.) xərclərinin artmasına səbəb olur. Bu səbəbdən əgər FED faizləri yenidən artırarsa, dollarla borclanma bir qədər də bahalaşacaq.

 

Vasif

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO