Ümumilikdə 2020-2024-cü illərdə 65000 nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, sertifikatlaşdırma prosesindən uğurla keçmiş ümumilikdə 55000 nəfər olmaqla 38000 nəfərdən çox müəllimin əməkhaqqına 10 faiz, 17000 nəfərdən çox müəllimin əməkhaqqına isə 35 faiz əlavə tətbiq edilib:
“Nəticədə əməkhaqqına 10 faiz əlavə tətbiq olunmuş müəllimlər üzrə orta aylıq əməkhaqqı 910 manat, əməkhaqqına 35 faiz əlavə tətbiq olunmuş müəllimlər üzrə isə orta aylıq əməkhaqqı 1295 manat təşkil edib. Növbəti ildə əlavə 20 mindən çox müəllimi prosesə cəlb olunması nəzərdə tutulub. Bu məqsədlə dövlət büdcəsində əlavə 60, 8 milyon manat olmaqla, ümumilikdə sertifikatlaşdırma çərçivəsində əməkhaqqı əlavələri üçün 154, 4 milyon manat vəsait proqnozlaşdırılıb”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:46 / 20.11.2024
Sertifikatlaşdırmaya cəlb olunan müəllimlərin orta aylıq maaşı AÇIQLANDI
Hazırda oxunan: Sertifikatlaşdırmaya cəlb olunan müəllimlərin orta aylıq maaşı AÇIQLANDI
Hazırda oxunan: Sertifikatlaşdırmaya cəlb olunan müəllimlərin orta aylıq maaşı AÇIQLANDI
221575
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.