Fərdi ev almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər YÜKSƏLƏCƏK

Fərdi ev almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər YÜKSƏLƏCƏK

Hazırda oxunan: Fərdi ev almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər YÜKSƏLƏCƏK

221571

Dövlət Statistika Komitəsi maraqlı bir məlumat yayıb. Həmin məlumata görə, bu ilin yanvar - sentyabr ayları ərzində tikilən evlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz azalıb

Fərdi evlərin tikinti həcminin azalması qiymət artımına səbəb olmayacaq ki?

Suala daşınmaz əmlak üzrə ekspert  Elnur Azadov cavab verib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, azalmanın müxtəlif səbəbləri var:
 

MÖVZU İLƏ BAĞLI:

Sənədləşdirmə ilə bağlı YENİLİK: Bu ərazidə torpaqlar KƏSKİN BAHALAŞACAQ


“Tikinti materiallarının bahalaşması, ən başlıcası qanunvericilikdəki son dəyişiklik tikintilərin azalmasına əsas verir. Bildiyiniz kimi, ötən ilin oktyabr ayının 1-dən etibarən qanunvericiliyə edilən dəyişikliyə əsasən çıxarışla təmin olunmamış torpaq sahələrində fərdi evlərin tikintisi qadağan edildi. 

Əgər tikilibsə belə, ora kommunikasiya xətlərinin çəkilişinə icazə verilmir. Bu da mənzil bazarında işbazlığın aradan qaldırılmasına səbəb olub. Bu, ərsəyə gələn əmlakların da sayına təsir edir. Ona görə də fərdi mənzillərin tikinti həcmi azalır”.

Müsahibimiz onu da qeyd edib ki, pandemiya dövründə fərdi evlərə xüsusi maraq yaranmışdı:

“2020-2021-ci illərdə həddindən çox fərdi evlər tikildi. Bakı və digər mərkəzi şəhərlərin ətrafında fərdi mənzil inşasının həcmi kəskin şəkildə artmağa başladı. Nəzərə alaq ki, həmin ərəfədə şəhərdə çoxmərtəbəli binaların inşası da xeyli zəifləmişdi. Həm bu, həm də digər səbəblərə görə əvvəlki illərdə fərdi evlərin tikintisində bir dinamika vardı.

Amma qeyd etdiyimiz səbəblər üzündən son bir ildə fərdi mənzil tikintisinin həcmi azalıb. Təbii ki, təklif azaldıqca qiymətlər bahalaşır. Ona görə də tikinti həcminin azalması mövcud fərdi evlərin qiymətinin artmasına səbəb olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO