Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2024-cü ilin üçüncü rübünün yekunlarına görə, dünyada qızıl alışına görə ilk beşliyə daxil olub.
Bizim.Media Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (WGC) hesabatında deyilir.
Cari ilin yanvar-sentyabr aylarında ARDNF 30 tona yaxın bu qiymətli metalı alıb və beləliklə, oktyabrın 1-nə fondun qızıl ehtiyatı 127 ton təşkil edib ki, bu da illik müqayisədə 17,7% çoxdur.
Bu ilin üç rübü ərzində ən çox qızılı Polşa (60 tondan çox), Türkiyə (təxminən 60 ton), Hindistan (50 tondan çox), Çin (30 tondan çox) və ARDNF (30 tona yaxın) alıb.
Bizim.Media