Prezident İlham Əliyevin əməkhaqqlarının, pensiyaların, sosial ödənişlərin artımı ilə bağlı göstərişinə uyğun olaraq, büdcədə 1 milyard 370 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulub.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında gələn il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, daxili maliyyə bazarlarının inkişafı ilə məşğuldurlar: "Xarici borclanmanı azaltmaqla, biz daxili maliyyə bazarlarımızı inkişaf etdiririk. Daxili dövlət borcunun artımını Maliyyə Nazirliyi təmin edib. Bizim xarici dövlət borcumuz mütənasib şəkildə azalıb. Bununla da Prezident tərəfindən təsdiq edilmiş strategiyanın tələblərini yerinə yetiririk. Xarici dövlət borcuna xidmət xərcləri növbəti ildə 1 milyard 442 milyon manat təşkil edəcək".
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:37 / 19.11.2024
Əməkhaqqı və pensiya artımına əlavə 1 milyard 370 milyon manat AYRILACAQ
Hazırda oxunan: Əməkhaqqı və pensiya artımına əlavə 1 milyard 370 milyon manat AYRILACAQ
Hazırda oxunan: Əməkhaqqı və pensiya artımına əlavə 1 milyard 370 milyon manat AYRILACAQ
221416
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.