Bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,0 faiz artaraq 993,0 manat təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3743,1 manat, qeyri neft-qaz sektorunda 942,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 952,3 manat, özəl müəssisələrdə isə 1035,2 manat olub.
2024-cü ilin yanvar-sentyabr aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı (manat):
Bizim.Media