Bu qurumlar Nəqliyyat və Kommunikasiya Holdinqinin idarəetməsinə VERİLDİ

Bu qurumlar Nəqliyyat və Kommunikasiya Holdinqinin idarəetməsinə VERİLDİ

Hazırda oxunan: Bu qurumlar Nəqliyyat və Kommunikasiya Holdinqinin idarəetməsinə VERİLDİ

219713

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı məlum olub.

Bizim.Media xəbər verir ki, aşağıdakı müəssisələr Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) publik hüquqi şəxsin idarəetməsinə verilir:

1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

3. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

4. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

5. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti

6. “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti

7. Bakı Gəmiqayırma Zavodu

8. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar:

8.1. “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs

8.2. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

8.3. “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti

8.4. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti

8.5. “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti

8.6. “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi” İstehsalat Birliyi

9. Bu Siyahının 1–8-ci hissələrində nəzərdə tutulan hüquqi şəxslərin təsisçisi və iştirakçısı (iştirak payına uyğun) olduğu hüquqi şəxslər və müəssisələr.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Azərbaycan nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi, o cümlədən iqtisadi səmərəliliyinin yüksəldilməsi və dövlət büdcəsinin gəlirliliyinin artırılması üçün müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin qurulması məqsədilə Nəqliyyat və Kommunikasiya Holdinqi yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO