Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması haqqında Fərman imzalayıb.
Bizim.Media xəbər verir ki, Holdinqin nizamnamə fondu 10 milyon manatdır və Holdinqin idarəetməsinə verilmiş dövlət müəssisələri tərəfindən ödənilən vəsait hesabına formalaşır.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradılıb - FƏRMAN
Belə ki, holdinqin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri aşağıdakı mənbələrdən maliyyələşdirilir:
- idarəetməsinə verilmiş dövlət müəssisələrinin Holdinqə ödədikləri vəsait hesabına (hər bir müəssisə üzrə dövlət başçısının müəyyən etdiyi məbləğdə və qaydada);
- qanunla qadağan olunmayan digər mənbələrdən.
Bizim.Media