Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradılıb - FƏRMAN

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradılıb - FƏRMAN

Hazırda oxunan: Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradılıb - FƏRMAN

219698

Azərbaycan nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi, o cümlədən iqtisadi səmərəliliyinin yüksəldilməsi və dövlət büdcəsinin gəlirliliyinin artırılması üçün müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin qurulması məqsədilə Nəqliyyat və Kommunikasiya Holdinqi yaradılıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
 

Fərmana əsasən, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxs yaradılıb.


Həmçinin “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı” təsdiq edilib.

Holdinqin fəaliyyətinə ümumi rəhbərliyi Müşahidə Şurası, cari rəhbərliyi icraçı direktor həyata keçirməlidir.

Fərmanla bağlı daha ətraflı buradan məlumat əldə edə bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO