Kerem Aktürkoğlunun transfer qiyməti dəyişib.
Bizim.Media xəbər verir ki, bununla bağlı "Benfika" qərar verib.
Portuqaliya klubu türkiyəli futbolçunun sərbəstqalma maddəsini 100 milyon avroya qaldırıb. Həmçinin "Qalatasaray" da onun növbəti transferindən xeyir qazanacaq.
Belə ki, Aktürkoğlunun başqa bir kluba keçidi baş tutarsa, məbləğin 10 faizi "sarı-qırmızılar"ın hesabına köçəcək.
Qeyd edək ki, Kerem bu ilin sentyabr ayından "Benfika"nın şərəfini qoruyur.
Bizim.Media