Pakistan polisi ölkənin keçmiş Baş naziri İmran Xanın evini mühasirəyə alıb.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Xanın etiraz aksiyaları keçirən insanlara sığınacaq verməsidir.
Qeyd edək ki, İmran Xan korrupsiya ilə bağlı cinayətlər törətməkdə şübhəli bilinərək saxlanılıb. Bir gün sonra məhkəmə Xanın səkkiz sutka həbs edilməsi barədə qərar verib. Bu səbəbdən də insanlar onun azadlığa buraxılması üçün etiraz aksiyası keçiriblər.