“Sizin Azərbaycana gəlişinizdən əvvəl məlumatlara nəzər saldım və gördüm ki, Birləşmiş Krallıqdan Azərbaycana 30 milyard dollardan çox investisiya yatırılıb. Bu, həqiqətən də çoxdur. Bu, bizim inkişafımıza kömək edib. Bu, bizə nəinki təkcə neft və qaz sənayesini inkişaf etdirməyə kömək edir, eyni zamanda, ümumi inkişafımıza kömək edir. Çünki, bu investisiya bizim büdcəmizə daxil olan və qeyri-neft sahələrinə təkrar investisiya kimi yatırdığımız gəlirlərə gətirib çıxarmışdır”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Böyük Britaniyanın ixracat naziri Qraham Styuartı qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıq çox fəal şəkildə davam edir:
“BP 30 il ərzində və ən azından bundan sonra da 30 il ərzində bizim strateji tərəfdaşımızdır, çünki yeni perspektivlər var, yeni müqavilələr imzalanıb. Sizin bildiyiniz kimi, həm BP, həm də Azərbaycan bərpa olunan enerji mənbələri üzərində fəal çalışırlar. Bu yaxınlarda nazirimiz mənə məlumat verib ki, işğaldan azad olunmuş ərazilərdə günəş enerjisinin istehsalına investisiya yatırmaq planı var. Xüsusilə Qarabağın işğaldan azad olunmuş ərazilərini “yaşıl zona” və “ağıllı şəhər” elan etdiyimizi nəzərə alsaq, bu, bizim üçün çox faydalı olacaqdır. Eyni zamanda, qeyd etmək istəyirəm ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində bizimlə işləmək üçün ilk əcnəbi şirkətlər sırasında Britaniya şirkətlərini də tərəfdaşlarımız qismində dəvət etmişik və bu proses artıq başlayıb. Artıq şəhərlərin baş planları hazırlanmışdır və biz çox fəal fazadayıq”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:57 / 21.05.2021
“Qarabağın bərpasına Britaniya şirkətlərini dəvət etmişik” – Prezident
Hazırda oxunan: “Qarabağın bərpasına Britaniya şirkətlərini dəvət etmişik” – Prezident
Hazırda oxunan: “Qarabağın bərpasına Britaniya şirkətlərini dəvət etmişik” – Prezident
21873
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.