Gömrükdə 10, bazarda 50 MANAT – İdxal məhsullarında qiymət uçurumu nədən YARANIR?

Gömrükdə 10, bazarda 50 MANAT – İdxal məhsullarında qiymət uçurumu nədən YARANIR?

Hazırda oxunan: Gömrükdə 10, bazarda 50 MANAT – İdxal məhsullarında qiymət uçurumu nədən YARANIR?

218475

Ölkə iqtisadiyyatında qeyri-neft sektorun idxalda payı durmadan artır. Bu artımın ən narahatedici tərəfi isə odur ki, idxal edilən mallar və məhsulların çox zaman gömrükdə bəyan edilən dəyərindən dəfələrlə baha qiymətə satılmasıdır. İstənilən idxal məhsulu maya dəyərindən 5-6 dəfə baha qiymətə təklif olunur.

Nəzərə alaq ki, uzun müzakirələrdən sonra nəhayət ki, “Rəqabət Məcəlləsi” parlamentdə qəbul olundu və ölkə başçısının fərmanı ilə qüvvəyə mindi. Lakin, hələlik bu qanunun tətbiqinin effektini reallıqda görə bilmirik. Yenə də idxal məhsulları maya dəyərindən dəfələrlə baha qiymətə satılır.

Bəs, idxal olunan mal və məhsullar niyə maya dəyərindən dəfələrlə baha qiymətə satılır

Suala aydınlıq gətirən iqtisadçı ekspert Fuad İbrahimov Bizim.Media-ya deyib ki, malın invoys, yəni xaricdəki satış qiyməti var:
 

MÖVZU İLƏ BAĞLI:

Ət idxalında KƏSKİN ARTIM – Qiymət UCUZLAŞACAQ?


“Malı bəlli qiymətə alıb gətiririk. Sonra gömrük rəsmiləşdirilməsini keçirik. Gömrük rəsmiləşdirilməsində isə ən maksimal halda ilkin qiymətin üzərinə 36 faiz əlavə vergi yükü gəlir. Hesab edək ki, hansısa malı xaricdən 10 manata alıb gətiririk. Gömrükdə isə malın maya dəyərinin üzərinə 3 manat 60 qəpik əlavə olunur. Bu halda malın bazarda 20-22 manata satılması normal haldır. Çünki gömrükdən sonra da müəyyən xərclər olur.

Amma ölkəyə 10 manata daxil olan malın 50 manata satılması artıq inhisarçılıq halıdır. Normalda mal öz maya dəyərindən 2 dəfə artıq qiymətə satıla bilər. Lakin malın maya dəyərindən 5-6 dəfə baha satılması artıq qanun pozuntusudur”.

“Malın xaricdən alınan qiymətdən dəfələrlə baha satılması qanun pozuntusudur”

İqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edib ki, gömrük rəsmiləşdirilməsində elan edilən qiymət vergilərdən əvvəl formalaşan qiymətdir:

Bunun üzərinə 18 faiz ƏDV və 15 faiz gömrük rüsumu gəlir. Belə olan təqdirdə isə malın qiməti ölkəyə daxil olarkən 33-35 faiz bahalaşır. Amma malın xaricdən alınan qiymətdən dəfələrlə baha qiymətə satılması qanun pozuntusudur. Bu qanun pozuntusunun səbəbi gömrük rüsumu və ya digər vergilər deyil. Əsas məsələ rəqabət mühitidir. Rəqabət mühiti qanuni şəkildə formalaşsa, o zaman bazarda mallar maya dəyərindən dəfələrlə baha qiymətə satıla bilməz. Qiymətlər normal tənzimlənər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO