Ətdən baha olan ÇƏRƏZLƏR – Saxlanma şəraitinə NƏZARƏT varmı?

Ətdən baha olan ÇƏRƏZLƏR – Saxlanma şəraitinə NƏZARƏT varmı?

Hazırda oxunan: Ətdən baha olan ÇƏRƏZLƏR – Saxlanma şəraitinə NƏZARƏT varmı?

218158

Müxtəlif növ çərəzlər, meyvə quruları milli mətbəximizdə geniş istifadə olunur və sevilir. Həm süfrələri bəzəyən, həm də şirniyyatlarda istifadə edilən çərəzlərin qiyməti bu gün bir çox insanın narazılığına səbəb olur. Marketlərdəki qiymətlərə əsasən qeyd edək ki, qabıqlı qozun kiloqramı 9-10 azn, qoz ləpəsinin 18-23 manat, kajunun 27-32 manat, badamın 18, püstənin kiloqramı isə 34-38 manatdır. Yerli istehsalı olan çərəzlərin qiyməti ətdən bahadır. 

Maraqlıdır ki, bir çoxu yerli istehsal olan çərəzlərin qiymətinin belə olması nədən qaynaqlanır?
 

MÖVZU İLƏ BAĞLI:

Püstə dərinizi cavan saxlayacaq - DİGƏR FAYDALARI


Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında çərəz və meyvə qurularının baha olmasının əsas səbəbini məhsuldarlığın aşağı olması ilə əlaqələndirib:

“Ölkə daxilində və yaxud ixrac  məhsullarında qiymətlərin bahalaşması qıtlıqla əlaqədardır. Onun səbəbi isə bu ilki əlverişsiz hava şəraitidir. Çərəz payız aylarında yetişir, amma onun inkişaf mərhələsi yazdan başlayıb. O vaxtki yağış, külək isə məhsulların çürüməsinə səbəb olub. Məhsul az olduğu üçün qiymətlər ötən illə müqayisədə bahadır. Spesifik problemlər isə bunlardır ki, ölkədə çərəz, meyvə istehsalı tam inkişaf etməyib. Yeni salınan bağlar güclü məhsul vermək üçün hələ tam yetişməyib”.  

İqtisadçının fikrincə, bu sahəyə qoyulan investisiya tam işə düşməsə də, qarşıdakı illərdə bunun bəhrəsi görüləcək:

“Çərəzin saxlanma şəraitinə də xüsusi diqqət yetirilməlidir. Bəzi  xəstəliklər məhz çərəzlərin normal temperaturda saxlanılmamasından yayılır. Yararsız hala düşən çərəzlərin orqanizmə mənfi təsiri var. Təəssüf ki, keyfiyyətsiz və yararsız hala düşən çərəzlər bazarda bir az aşağı qiymətə satılır”.

Ekspert son illər çərəzin ixracının da zəiflədiyini bildirib. Onun sözlərinə görə buna səbəb saxlanma şəraiti, məhsulun çeşidlənib, xarabın təmizdən ayrılmamasıdır.

Nəzrin Mirzəyeva, Bizim.Media          

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO