Turistlər ən çox hansı rayonlardakı hotellərdə gecələyiblər? – RƏSMİ STATİSTİKA

Turistlər ən çox hansı rayonlardakı hotellərdə gecələyiblər? – RƏSMİ STATİSTİKA

Hazırda oxunan: Turistlər ən çox hansı rayonlardakı hotellərdə gecələyiblər? – RƏSMİ STATİSTİKA

217705

2024-cü ilin yanvar-sentyabr aylarında mehmanxanalarda gecələmələrin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25,2 faiz artıb.

Bizim.Media Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 27,0 faiz artaraq 1772,2 min olub. Bu da ümumi gecələmələrin 54,2 faizini təşkil edir.

Əcnəbilər hansı bölgələrə üstünlük verir?

Belə ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,0 faizi Bakıda, 4,7 faizi Qəbələdə, 4,3 faizi Qusarda, 3,7 faizi Naftalanda, 3,5 faizi Qubadakı mehmanxanalarda qeydə alınıb.

Mehmanxanalar nə qədər gəlir əldə edib?

Həmçinin Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 23,1 faiz artaraq 1496,8 min olub.

Bu artımlar mehmanxanların gəlirlərinə də təsir edib. Belə ki,  2023-cü ilin müvafiq dövrü ilə müqayisədə mühmanxanaların gəlirləri 26,7 faiz artaraq 468,5 milyon manat olub. Onun da 62,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,7 faizi ictimai iaşə xidmətlərindən, 2,9 faizi müalicə və sağlamlıq xidmətlərindən əldə edilib.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO