Pensiyalar 10 faizdən çox artırılıb - STATİSTİKA

Pensiyalar 10 faizdən çox artırılıb - STATİSTİKA

Hazırda oxunan: Pensiyalar 10 faizdən çox artırılıb - STATİSTİKA

21757

2021-c i il aprelin 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 220,1 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,2 faizini təşkil edir.
 

MÖVZU İLƏ BAĞLI:

''Pensiyalar nə qədər artacaq?'' - Nazir müavinindən açıqlama


Bizim.Media xəbər verir ki, onların 58,6 faizi yaşa, 29,9 faizi əlilliyə, 11,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9 faiz, cari ilin əvvəli ilə müqayisədəisə 8,9 faiz artaraq 329,2 manat təşkil edib və orta aylıq əmək haqqının 46,2 faizinə bərabər olub.

Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 fevral tarixli 2491 nömrəli Sərəncamı ilə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci ilin 1 yanvar tarixindən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO