Dünyada, o cümlədən ölkəmizdə ən çox istifadə edilən məhsullardan biri də tekstil məhsullarıdır. Bunun üçün də əsas məsələlərdən biri toxuculuq sənayesinin inkişafıdır. Yüngül sənayenin növlərindən olan toxuculuq məhsulları “xammal”, “əyiricilik”, “toxuculuq”, “bəzəmə” kimi mərhələlərdən keçdikdən sonra parça alınır. Yəni, toxuculuğun yerli inkişafı tekstil sənayesinin inkişafı deməkdir.
Ancaq təəsüflər olsun ki, ölkəmizdə toxuculuq sənayesi zəif inkişaf edib.
MÖVZU İLƏ BAĞLI:
Qlobal marka - Azərbaycan öz geyim brendini yarada bilərmi?
Belə ki, bunu Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli də təsdiqləyib.
O, deyir ki, ölkə daxilində ildə təxminən 300 milyon manat dəyərində məhsul istehsal olunur. Bu da yerli tələbatın 5-6 %-ni belə ödəmir:
“Azərbaycanda toxuculuq sənayesinin inkişafı vacibdir. Bu gün pambıqçılığın inkişafını prioritet, strateji sahə elan ediriksə, bunu niyə xam şəklində xaricə satmalıyıq ki? Elə ölkə daxilində parçaya çevirə, belə pambıq parçalardan da geyimlər istehsal edə bilərik. Bu istiqamətdə toxuculuq sahəsində böyük təcrübə sahibi olan Türkiyənin texnologiyasını da nümunə götürə bilərik. Xammal da özümüzdə var”.
Yerli pambıqla ölkənin toxuculuq sənayesinin tələbatını ödəmək olar?
Akif Nəsirlinin fikrincə, Azərbaycanın pambığından hazırlanan toxuculuq məhsullarıyla yerli tələbatı təmin etmək olar:
“Belə olduğu halda xaricdən pambıq məhsullarının idxalı azalar. Sintetik məhsullar bizə lazım deyil. Çünki ölkədə pambıq, yun, ipək istehsalı üçün xammal var. Sadəcə bunun üçün təşəbbüs stimullaşdırma lazımdır ki, ölkədən bu məhsullarla bağlı valyuta axını azalsın”, - deyə iqtisadçı əlavə edib.
Nəzrin Mirzəyeva, Bizim.Media