Bu məhsula tətbiq olunan gömrük rüsumları DƏYİŞDİRİLDİ – QƏRAR

Bu məhsula tətbiq olunan gömrük rüsumları DƏYİŞDİRİLDİ – QƏRAR

Hazırda oxunan: Bu məhsula tətbiq olunan gömrük rüsumları DƏYİŞDİRİLDİ – QƏRAR

216266

Təhlükəsizlik ayaqqabılarının idxalına yeni gömrük rüsumu müəyyən olunub.

Nazirlər Kabinetindən Bizim.Media-ya verilən xəbərə görə, bu qərar yerli istehsalçılardan daxil olan müraciətlər nəzərə alınmaqla, daxili istehsalın rəqabət qabiliyyətinin artırılması, daxili bazarın qorunması, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə qəbul edilib.

Qəbul edilən Nazirlər Kabinetinin 453 nömrəli Qərarına əsasən 30.06.2026-cı il tarixinədək təhlükəsizlik ayaqqabılarının idxalına tətbiq olunan gömrük rüsumları 15% dərəcəsindən artırılaraq spesifik rüsum formasında 1 cüt üçün 9 ABŞ dolları məbləğində müəyyən olunur.

Qərarın qəbul edilməsi nəticəsində yerli məhsulların analoji idxal mallarına münasibətdə rəqabət qabiliyyətinin artırılması proqnozlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO