Liviyada neft hasilatının həcmi sutkada 1,3 milyon barrelə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Liviya Milli Neft Korporasiyası (MOC) Facebook-da məlumat yayıb.
Açıqlamaya görə, “son 24 saat ərzində 1,305,059 barrel səviyyə qeydə alınıb” və “hasilat səviyyəsinin artırılması istiqamətində işlər davam edir”. Oktyabrın 10-da Liviyada neft hasilatı sutkada 1,2 milyon barrelə qayıdıb.
Xatırladaq ki, sentyabrın 23-də Liviyanın şərqindəki hökumət başçısı Usamə Hammad Liviya mərkəzi bankının rəhbərliyinə və işçilərinə hücumlara, habelə bəzi “qanunsuz qrupların cəhdlərinə” etiraz olaraq neft ixracını və hasilatını dayandırdığını elan edib. Hammad hansı birləşmələri nəzərdə tutduğunu göstərməyib.
Liviya Əl Əhrar telekanalı qeyd edib ki, gərginlik Liviya Prezident Şurasının rəhbəri Məhəmməd əl-Menfinin ölkənin Mərkəzi Bankının və onun direktorlar şurasının dəyişdirmək qərarına gəlməsindən və parlamentin onu rədd etməsindən sonra yaranıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
23:48 / 13.10.2024
Liviyada neft hasilatının əvvəlki səviyyəsi bərpa olunur – Qiymətlər düşəcək
Hazırda oxunan: Liviyada neft hasilatının əvvəlki səviyyəsi bərpa olunur – Qiymətlər düşəcək
Hazırda oxunan: Liviyada neft hasilatının əvvəlki səviyyəsi bərpa olunur – Qiymətlər düşəcək
215894
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.