Azərbaycanda kərə yağı niyə baha satılır? - Ekspertdən AÇIQLAMA

Azərbaycanda kərə yağı niyə baha satılır? - Ekspertdən AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda kərə yağı niyə baha satılır? - Ekspertdən AÇIQLAMA

215274

Bu ilin ilk 8 ayında (yanvar-avqust) ölkəyə 19 153,76 ton kərə yağı idxal olunub, Gömrük komitəsində rəsmiləşdirilən statistik dəyəri isə 103 mln. 312 min dollar təşkil edib. Yəni, hər kq kərə yağı ölkəmizə 5,3 dollara, 9 manat 10 qəpiyə daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, gömrükdə hər kq-ı 9 manat 10 qəpiyə rəsmiləşdirilən kərə yağı Bakıdakı marketlərdə 18-25 manat arasında satılır.

“Yəni kərə yağının hazırkı qiyməti ortalama 20-21 manat civarındadır. Kəra yağı gətirən şirkətin vergisi, daşınması, gəliri, satış nöqtələrinin gəliri – hamısını 50% civarında hesablasaq, qiymət 15-16 manatdan baha olmaz”, - N.Cəfərli qeyd edib.

O, kərə yağının niyə əhaliyə baha satıldığına aydınlıq gətirib:

“Çünki rəqabət yoxdur, ölkəyə yağ gətirən şirkət sayı azdır, yerli istehsal isə yox dərəcəsindədir – yerli şirkətlərin adı ilə bazara çıxarılan kərə yağının tərkibi yerli deyil, xaricdən gətirilir, sadəcə burada qablaşdırılır və satışa çıxarılır. Hələ qablaşdırılan zaman onun tərkibi ilə yaxşıca oynayırlar da, daha ucuz heyvan-bitki mənşəli yağlar qatırlar, maya dəyərini 20-30% aşağı salırlar ki, bu da gəlirlərini kəskin artırır".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO