Şəkər tozu UCUZLAŞACAQ – Bu TARİXDƏN

Şəkər tozu UCUZLAŞACAQ – Bu TARİXDƏN

Hazırda oxunan: Şəkər tozu UCUZLAŞACAQ – Bu TARİXDƏN

214159

Xəbər verildiyi kimi, Hindistan və Tailandda əlverişli məhsul proqnozları səbəbindən qlobal miqyasda şəkər qiymətləri azalmağa başlayıb.

Şəkər qamışının yeni kənd təsərrüfatı mövsümü oktyabr ayında - məhsul yığımı və yenisinin əkilməsi zamanı başlayır. Sentyabrın ortalarından etibarən ICE Qitələrarası Birjasında şəkərin qiymətləri dünyanın ən böyük şəkər istehsalçısı olan Braziliyada məhsul üzrə zəif proqnozlar fonunda yüksəlmişdi.

Ölkənin əsas qamış yetişdirən cənub-şərqində baş verən quraqlıq və yanğınlar qıtlıq qorxusunu artıraraq qiymətləri bir ton üçün 420 dollardan 500 dollara yüksəldib.
 

MÖVZU İLƏ BAĞLI:

Şəkər tozu MÜƏMMASI – “Ağ zəhər”dən uzaqlaşmaq çağırışları NİYƏ ARTIB?


Eyni zamanda Hindistanda leysan yağışlar yağır ki, bu da yüksək məhsul üçün ilkin şərait yaradır. Tailandda məhsulun təxminən 20% artacağı gözlənilir. Bu iki ölkə şəkər istehsalına görə dünyada ikinci və üçüncü yerləri tutur. Bu ölkələrdən gələn xəbərlər fonunda qiymət düşməyə başlayıb.

Bundan əlavə, cari ilin yanvar-avqust aylarında Azərbaycanda sahələrdən 24 min 469.5 ton şəkər çuğunduru yığılıb. Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 min 474,5 ton və ya 172 % çoxdur. Ötən ilin eyni dövründə Azərbaycanda sahələrdən 8 min 995 ton şəkər çuğunduru yığılıb.

Azərbaycanda da şəkər tozu ucuzlaşacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, ötən ildən başlayaraq Azərbaycanda şəkər çuğundurunun əkin sahələri genişləndirilir:

“Buna görə də 2023-cü ildə ölkəmizdə rekord səviyyədə şəkər çuğunduru istehsal edilib. Bu il də istehsalın daha da artacağı gözlənilir. Əvvəllər 5-6 rayonda əkin aparılırdısa, bu il 40-dan artıq rayonda çuğundur əkilib. Bu da bir tərəfdən həm əhalinin məşğulluğunu artırır, digər tərəfdən də “Azərşəkər”in xammala olan ehtiyacını böyük ölçüdə ödəyir.

Əgər “Azərşəkər” fermerlərlə yaxşı işləsə yaxın illərdə xam mala olan tələbatın əsas hissəsini yerli istehsal hesabına ödəyəcək”.

Müsahibimiz hesab edir ki, xam malın yerli istehsal hesabına ödənilməsi təbii ki, şəkərin qiymətinə öz müsbət təsirini göstərəcək:

“Nəzərə alaq ki, bu il şəkər istehsalında istifadə olunan yarımfabrikatların da dünyada istehsalının artacağı gözlənirir. Bu da müsbət haldır. Bu gedişlə yaxın iki ayda şəkərin qiymətində enməni müşahidə edə biləcəyik. Ola bilsin ki, şəkər ən azı 20 faiz ucuzlaşsın”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO