Azərbaycanın istehsal etdiyi “Turan 1” adlı silah - FOTO

Azərbaycanın istehsal etdiyi “Turan 1” adlı silah - FOTO

Hazırda oxunan: Azərbaycanın istehsal etdiyi “Turan 1” adlı silah - FOTO

213102

Azərbaycanın istehsal etdiyi, şərti adı “Turan 1” olan silah ilk dəfə “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilir.

Bizim.Media xəbər verir ki, bununla bağlı AZƏRTAC-a “Ush Security” şirkətinin nümayəndələri məlumat veriblər.

Bildirilib ki, silah yerli mühəndislər tərəfindən hazırlanıb və 2024-cü ildə istehsal olunub. Çəkisi 3 kiloqram 600 qram olan silahın vuruş məsafəsi 1000 metr, daraq tutumu 30 gülləlikdir.

Müasir sistem orijinal standartlara uyğun olaraq hazırlanıb və sərgidə ilk dəfə nümayiş olunur. Silah sınaq testlərindən keçib, lakin hələ istifadə olunmayıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO