Ölkəyə idxal olunan düyünün qiyməti artıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Gömrük Komitəsi yayıb.
Mənbə qeyd edib ki, bu ilin yanvar-avqust aylarında Azərbaycana 50 milyon 39 min dollar dəyərində 48 min 130 ton düyü idxal olunub. Yəni düyünün 1 tonu 104 dollara ölkəyə gətirilib. Ötən ilin eyni dövründə isə 36 milyon 685 min dollar dəyərində 41 min 38 ton düyü idxal edilib. Həmin vaxt isə 1 ton düyünün idxalı 89 dollara başa gəlib.
Mövzuya iqtisadçı ekspret Xalid Kərimli münasibət bildirib. Onun sözlərinə görə, idxaldakı bu qiymət artımına səbəb istehsal ölkəsindəki təbii hadisələrdir.
O, qeyd edib ki, Azərbaycan düyü tələbatını idxal hesabına ödədiyi üçün bahalaşma qaçılmazdır:
“Bazarlarda isə yerli uzun düyünün kiloqramı 5 manat 15 qəpiyə, idxal edilən uzun düyü isə 4 manat 05 qəpiyə satılır. Yerli yumru düyünün kiloqramı 2 manat 80 qəpiyə, idxal olunan yumru düyü isə 2 manat 70 qəpiyə alıcılara təklif edilir. Son aylarda qiymətlərdə 5-10 qəpik artım olduğu vurğulanıb”.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
21:46 / 22.09.2024
Azərbaycanda düyü bahalaşdı: SON QİYMƏT - VİDEO
Hazırda oxunan: Azərbaycanda düyü bahalaşdı: SON QİYMƏT - VİDEO
Hazırda oxunan: Azərbaycanda düyü bahalaşdı: SON QİYMƏT - VİDEO
212664
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.