Orta Dəhlizin cənub marşrutu üzrə assosiasiyasının yaradılması ilə bağlı MÜHÜM TOPLANTI – VİDEOREPORTAJ

Orta Dəhlizin cənub marşrutu üzrə assosiasiyasının yaradılması ilə bağlı MÜHÜM TOPLANTI – VİDEOREPORTAJ

Hazırda oxunan: Orta Dəhlizin cənub marşrutu üzrə assosiasiyasının yaradılması ilə bağlı MÜHÜM TOPLANTI – VİDEOREPORTAJ

212356

19-20 sentyabr tarixlərində Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” (ANM) Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan, Çin və Avstriya dəmir yolu administrasiyalarının rəhbər heyətləri və nümayəndələri iştirak ediblər. 

Toplantında ANM Beynəlxalq Assosiasiyasının təsis edilməsinə dair sənədlər, təşkilatın strukturu, işçi qrupların təşkili və digər mühüm məsələlər müzakirə edilib, bu marşrut üzrə rəqəmsallaşma, kommersiya məsələləri, marketinq və kommunikasiya, logistika xidmətləri, normativ-hüquqi aktlar və infrastruktur mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bildirib ki, qlobal logistika bazarlarının dinamikası dəyişir və Çindən Avropaya və əks istiqamətə yük axınlarında artımın olduğu müşahidə edilir və yaxın illərdə daha da artacağı proqnozlaşdırılır.
 

Bu da yeni infrastrukturlara ehtiyac yaradır, daşınma yollarının şaxələndirilməsini tələb edir.
Tədbirdən sonra jurnalistlərə açıqlama verən ADY sədri Orta Dəhlizin Cənub marşrutunun əhəmiyyətindən söz açıb.


Daha ətraflı videoreportajda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO