Məhərrəmlik bitdi, toylar BAŞLADI – Qızıl BAHALAŞACAQ?

Məhərrəmlik bitdi, toylar BAŞLADI – Qızıl BAHALAŞACAQ?

Hazırda oxunan: Məhərrəmlik bitdi, toylar BAŞLADI – Qızıl BAHALAŞACAQ?

212322

Məhərrəmliyin bitməsi şadlıq saraylarında, restoranlarda, gözəllik salonlarında və s sahələrdə canlanmaya səbəb olub. Bilirik ki, xalqımızın toyunu, nişanını zinət əşyası olmadan təsəvvür etmək olmaz.  

Bəs bu il Məhərrəmlikdən sonra toyların, nişanların artması qızıl satışına necə təsir edib? Bu sahədə canlanma müşahidə olunurmu?

“Azərbaycan zərgərlər assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Toğrul Abbasquliyev Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, toy, nişan mərasimlərinin başlaması qızıl satışında canlanmaya səbəb olub.
 

MÖVZU İLƏ BAĞLI:

Qızıl yenidən BAHALAŞDI


O, daha sonra qızılın qiymətinin artmasının satışlara təsiri barəsində danışıb:

“Qızılın qiymətinin son vaxtlar kəskin dərəcədə artması mənfi haldır. Bu gün 1 qram, 999 əyar təmiz qızılın qiyməti 83—84 dollar arasında dəyişir. Alıcılıq qabiliyyətini nəzərə alsaq, təbii ki, bu qiymət satışlara təsir edir”.  

Müsahibimiz bildirib ki, cüzi satış artımı olsa da, qiymət artımına görə satış gözləntilərdən azdır. 

Nəzrin Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO