Ödəniş terminallarında niyə komissiya haqqı TUTULUR? – RƏSMİ AÇIQLAMA

Ödəniş terminallarında niyə komissiya haqqı TUTULUR? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Ödəniş terminallarında niyə komissiya haqqı TUTULUR? – RƏSMİ AÇIQLAMA

212304

Sentyabr ayının əvvəlindən ödəniş terminallarından istiffadə edən müştərilərdən əlavə komissiya haqqı tutulmasına başlanılıb. 

Konkret desək, "MilliÖn", "E-manat" kimi aparatlar sentyabr ayından ödənilən kreditlərdən, mədaxil və pul köçürmələrindən bir faiz xidmət haqqı tutur.

Məsələn, 400 manat kredit ödəyirsinizsə, 4 manatını "MilliÖn" avtomatik çıxır. Bunu da qəbzdə göstərmir. Bu isə ictimaiyyətdə ciddi narazılıq yaradıb. İnsanlar bu barədə məlumatsız olduqlarını, amma əməliyyatlar zamanı onlardan əlavə komissiya haqqı tutulduğunu bildirirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

Ödəniş terminalları ilə bağlı YENİ QAYDALAR 


Məsələyə aydınlıq gətirmək üçün "MilliÖn"ün abunə şöbəsinin rəhbəri Ülviyyə Əfəndiyeva ilə əlaqə saxladıq. Şirkətin rəsmisi Bizim.Media-ya açıqlamasında məsələni təsdiqləyib. O, deyib ki, sentyabrın əvvəlindən ödənişlərdə 1 faiz komissiya tutulmasına başlanılıb: 

“Sentyabrın əvvəlindən banklar tərəfindən komissiya haqqının tutulması ilə bağlı qərar verilib. Bu da kredit ödənişlərinə aiddir. Komissiyanın tutulacağı ilə bağlı terminalların monitorlarında məlumat əks olunur”. 

Ülviyyə Əfəndiyevanın sözlərinə görə, təkcə “MilliÖn” terminallarında yox, digər bütün ödəniş aparatlarında da komissiya tutulmasına başlanılıb:

“İnsanların etirazı anlaşılandır, amma bu qərarın verilməsi bizdən asılı deyil, bankların tələbidir”.

Ödəniş zamanı tutulan komissiya barədə qəbzdə məlumatın öz əksini tapmasına gəlincə, Ülviyyə Əfəndiyeva qərar yeni olduğu üçün texniki məsələlərin bir az vaxt ala biləcəyini söyləyib. 

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO