Gələn ilin müdafiə, təhsil, səhiyyə, sosial müdafiə xərcləri AÇIQLANDI

Gələn ilin müdafiə, təhsil, səhiyyə, sosial müdafiə xərcləri AÇIQLANDI

Hazırda oxunan: Gələn ilin müdafiə, təhsil, səhiyyə, sosial müdafiə xərcləri AÇIQLANDI

211974

Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama verilib.

Bizim.Media xəbər verir ki, gələn il dövlət büdcəsindən əsas sahələrə ayrılacaq xərclərn məbləği açıqlanıb.

Gələn müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 6,658.3 milyon manat (xüsusi çəkisi 16,8 faiz), təhsil xərclərinə 4,945.8 milyon manat (xüsusi çəkisi 12,5 faiz), səhiyyə xərclərinə 1,997.2 milyon manat (xüsusi çəkisi 5,0 faiz), sosial müdafiə və sosial təminat üzrə xərclərinə 4,998.0 milyon manat (xüsusi çəkisi 12,6 faiz), məhkəmə hakimiyyəti, hüquq[1]mühafizə və prokurorluq üzrə xərclərinə 3,207.7 milyon manat (xüsusi çəkisi 8,1 faiz) vəsait yönəldilməsi proqnozlaşdırılıb.

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 635.3 milyon manat (xüsusi çəkisi 1,6 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclərə 1573,2 milyon manat (xüsusi çəkisi 4,0 faiz), ətraf mühitin mühafizəsi üzrə xərclərə 417.7 milyon manat (xüsusi çəkisi 1,1 faiz), kənd təsərrüfatı üzrə xərclərə 1,171.9 milyon manat (xüsusi çəkisi 3,0 faiz), mənzil və kommunal təsərrüfatı üzrə xərclərə isə 366.2 milyon manat (xüsusi çəkisi 0,9 faiz) vəsait yönəldilməsi proqnozlaşdırılıb.

İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə 2025-ci ilin dövlət büdcəsindən 4,0 milyard manat vəsait nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO