Qəzzadakı müharibə İsrail iqtisadiyyatına ağır zərbə vurub.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu israilli iqtisadçı Şir Hever deyib.
Onun sözlərinə görə, ölkədə 46 min müəssisə iflas edib, ilin sonuna qədər isə 60 minə qədər müəssisə bağlanacaq.
Hever bildirib ki, ölkəyə xarici investisiyalar 60% azalıb, turizm yoxa çıxıb, İT işçiləri və investorlar İsraili tərk edib.
Bizim.Media