Son günlər kərə yağının qiymətində xeyli bahalaşma müşahidə edilir.
Bizim.Media xəbər verir ki, bəzi kərə yağları 3, bəziləri isə 6 manat bahalaşıb.
Elə satıcılar da qiymətlərin son günlər 3-6 manat arasında artdığını deyirlər.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk 6 ayı ərzində Azərbaycana 71 milyon 44 min dollar dəyərində 13 min 509 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24 milyon dollar və ya 51% çoxdur.
İqtisadçı Xalid Kərimli qeyd edib ki, qlobal bazarda süd məhsullarında bahalaşma qeydə alınıb.
Onun sözlərinə görə, Azərbaycan yağ idxalından asılı olan ölkə olduğu üçün xaricdə baş verənlər birbaşa daxili bazara təsir edir.
Ekspert qeyd edib ki, Azərbaycan kərə yağını əsasən Rusiya, Belarus, İran, Yeni Zelandiya və digər ölkələrdən gətirir.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
22:52 / 11.09.2024
Kərə yağı BAHALAŞDI - VİDEO
Hazırda oxunan: Kərə yağı BAHALAŞDI - VİDEO
Hazırda oxunan: Kərə yağı BAHALAŞDI - VİDEO
211075
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.