Bu ilin yanvar-avqust aylarında Azərbaycana 1 milyon 748 min 032 xarici vətəndaş səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Turizm Agentliyi yayıb.
Mənbə qeyd edir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 30% çoxdur.
Təkcə avqust ayında ölkəyə 245337 nəfər gəlib. Bu da ötənilki göstəriciyə nisbətən 23% çoxdur.
Ötən ay Azərbaycana ən çox turist 63339 nəfər olmaqla Rusiyadan gəlib. İkinci yerdə Türkiyə (34174 nəfər), üçüncü yerdə isə Hindistan (21137 nəfər) qərarlaşıb.
Bu dövrdə İrandan 17,6 min, Səudiyyə Ərəbistandan 13,5 min, Gürcüstandan 9,9 min, Pakistandan 9,3 min, Qazaxıstandan 9,3 min, Birləşmiş Ərəb Əmirliklərindən 5,4 min, Küveytdən 5,1 min, Çindən 4,9 min, Omandan 4,6 min, Özbəkistandan 4,2 min, İsraildən 4 min, Ukraynadan 3,4 min turist gəlib.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 182 ölkəsindən 1 milyon 502 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:40 / 09.09.2024
Keçən ay Azərbaycana ən çox turist Rusiyadan gəlib
Hazırda oxunan: Keçən ay Azərbaycana ən çox turist Rusiyadan gəlib
Hazırda oxunan: Keçən ay Azərbaycana ən çox turist Rusiyadan gəlib
210613
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.