Kirayə mənzil bazarında ciddi qiymət artımı və mənzil çatışmazlığı müşahidə olunur.
Bizim.Media xəbər verir ki, bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, 4-5 il əvvəl Bakıda birotaqlı köhnə tikili binalardakı mənzillərin kirayə qiymətləri təxminən 250-300, 2 otaqlı 350-450, 3 otaqlı mənzillər isə 400-600 manat arası idisə, indi daha baha qiymətə təklif olunur. Ekspert bildiirb ki, sentyabr ayı tələbələrin bölgələrdən Bakıya axını başlayır. Ona görə də paytaxtda kirayə evlərə tələbat artır.
Bundan başqa, mənzil çatışmazlığı da müşahidə olunur. Ekspert tələbə yataqxanalarının az olmasının da kirayə qiymətlərinə təsir göstərdiyinə diqqət çəkib.
Qeyd edək ki, yaxın günlərdə qiymətlərin enəcəyi proqnozlaşdırılmır.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
06:16 / 08.09.2024
Kirayə ev bazarında qiymət artımı və mənzil çatışmazlığı var - VİDEO
Hazırda oxunan: Kirayə ev bazarında qiymət artımı və mənzil çatışmazlığı var - VİDEO
Hazırda oxunan: Kirayə ev bazarında qiymət artımı və mənzil çatışmazlığı var - VİDEO
210467
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.