Manatın effektiv məzənnəsində AZALMA – Alıcılıq qabiliyyəti aşağı DÜŞƏCƏK?

Manatın effektiv məzənnəsində AZALMA – Alıcılıq qabiliyyəti aşağı DÜŞƏCƏK?

Hazırda oxunan: Manatın effektiv məzənnəsində AZALMA – Alıcılıq qabiliyyəti aşağı DÜŞƏCƏK?

209917

Məlum olduğu kimi, bu il avqustun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 104,1 bənd təşkil edib.

Bu, aylıq müqayisədə 0,3 bənd az, ilin əvvəlinə nisbətən 2,1 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,3 bənd çoxdur.
 

MÖVZU İLƏ BAĞLI:

Bu il Bakıda ərzağa neçə milyard vəsait XƏRCLƏNİB?


Avqustun 1-nə manatın real effektiv məzənnəsi isə 119,4 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,2 bənd, ilin əvvəlinə nisbətən 2 bənd, illik müqayisədə isə 3 bənd azdır.

Manatın effektiv məzənnəsinin azalmasının hansı fəsadları var?

Məsələyə iqtisadçı ekspert Fuad İbrahimov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, effektiv məzənnənin azalması manatın alıcılıq qabiliyyətinin azalması deməkdir:

“Manatın effektiv məzənnəsi dedikdə eyni məhsulun xaricdən başqa valyuta ilə alınmasından sonra qiymətin manata vurulub bölünməsi ilə alınan bir göstəricidir. Əslində hazırki göstəricimiz, yəni 119,4 bəndi qənaətbəxşdir. Ancaq bununla belə bəzi məhsulların Azərbaycan manatı ilə alınması məzənnəsi aşağı düşüb. Bu da heç də yaxşı göstərici deyil”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO