Qarabağda KSES-lərin yenidən qurulmasına nə qədər vəsait ayrılıb?

Qarabağda KSES-lərin yenidən qurulmasına nə qədər vəsait ayrılıb?

Hazırda oxunan: Qarabağda KSES-lərin yenidən qurulmasına nə qədər vəsait ayrılıb?

209900

“AzərEnerji” ASC Qarabağda və Şərqi Zəngəzurda üç Kiçik Su Elektrik Stansiyasının (KSES) yenidən qurulmasına və altı KSES-in inteqrasiyasına 40,5 milyon manatdan çox vəsait sərf edəcək. 

Bizim.Media bu barədə Dövlət satınalmaları dövlət portalına istinadən xəbər verir. 

Məlumata görə, “AzərEnerji” podratçı şirkətlə - “Azconstruction” QSC ilə “Qozlu Korpu”, “Şeylanli”, “Aşagı Malibəyli” kiçik su elektrik stansiyalarının yenidən qurulması və altı kiçik su elektrik stansiyasının enerji sisteminə inteqrasiyası üçün müqavilə bağlayıb.

Bu şirkət müvafiq tenderin nəticələrinə əsasən podratçı kimi seçilib. 

Müqavilənin dəyəri 40 milyon 507 min 432,49 manatdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO